Parisdə tanınmış skripkaçımızın konserti keçirilib

10:06 05-02-2023 | icon 341 | Mədəniyyət
Parisdə tanınmış skripkaçımızın konserti keçirilib

Fransanın paytaxtı Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) toplantısı və Azərbaycanın tanınmış skripkaçısı, bəstəkar və dirijor Anar İbrahimovun konserti keçirilib.

 

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Azərbaycanın Dostları Assosiasiyasının (ADA) vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, ADA-nın fəxri prezidenti Jan Fransua Mansel, incəsənət xadimləri, yerli jurnalistlər və digər şəxslər iştirak ediblər.

 

Tədbiri ADA-nın baş katibi Mirvari Fətəliyeva açaraq Assosiasiyanın 2022-ci ildə həyata keçirdiyi layihələr və 2023-cü ildə nəzərdə tutulmuş layıhələr haqqında məruzə edib.

 

Leyla Abdullayeva Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən tərəfindən yaradılmış, hazırda sabiq deputat Jerom Lamberin rəhbərliyi altında fəaliyyət göstərən Asossiyasoyanın fəaliyyətinin dəyərləndirdiyini bildirib.

 

Səfir hər iki ölkə arasında körpü rolu oynayan, ADA nın Azərbaycanın tarixininin, mədəniyyətinin fransız ictimaiyyətinə çatdırılmasında gördüyü işlərin əhəmiyyətini vurğulayıb. L.Abdullayeva xüsusilə ADA üzvlərinə Azərbaycan xalqının çətin anlarında dəstəyini əsirgəmədikləri üçün təşəkkürünü bildirib.

 

ADA-nın idarə heyətinin üzvü Jerom Begən Asossiasiyanın üzvlərinə son dövrlər Azərbaycanda baş verən siyasi və ictimai vəziyyət haqda, qurumun fəaliyyətinin genişləndirməsi məqsədi ilə 2023 cü ildə Azərbaycanın zəngin mədəniyyətini tanıtmaq üçün Fransanın müxtəlif regionları ilə sıx əlaqələr qurulması barədə danışıb.

 

Azərbaycanlı skipkaçı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, Tamara İbrahimovanın, dünya bəstəkarlarından Edvard Edqar, Antonyo Vivaldinin və eləcə də Azərbaycanın mədəniyyət beşiyi Şuşaya həsr etdiyi əsərini ifa edib. Anar İbrahimovu pianoda Anastasiya Avdejeva Bramo müşayiət edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB