Magistraturaya qəbulun NƏTİCƏLƏRİ

15:53 21-02-2023 | icon 301 | Təhsil
Magistraturaya qəbulun NƏTİCƏLƏRİ

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

 

Versus.Az xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış olmaq olar.

 

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18 724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib.

 

İmtahanda 1 nəfər 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri var).

 

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

 

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 24 fevral 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”