Azərbaycan çempionatında yeni rekord

17:01 05-02-2019 | icon 433 | İdman
Azərbaycan çempionatında yeni rekord

 

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.

 

Versus.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, bu, XV turun “Qarabağ” - “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

 

Bunadək ən çox tamaşaçı “Sabah” - “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilmiş VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi.

 

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” - “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol