“Hünər Qüllələri” təqdim edir

11:22 06-02-2019 | icon 626 | İqtisadiyyat
“Hünər Qüllələri” təqdim edir

 

Bakı Ağ Şəhərin baş planına uyğun olaraq layihələndirilən “Hünər Qüllələri”nin tikintisi sürətlə davam edir. Ümumilikdə 83408 kv.m ərazini əhatə edən layihənin sadəcə 30%-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını qarşılamaq üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələri üçün ayrılmışdır. Digər yaşayış komplekslərindən fərqli olaraq “Hünər Qüllələri” sakinlərinə bina daxilində park sahəsi təqdim edir. Belə ki, “Hünər Qüllələri”nə aid 4000 kv.m-lik açıq park ərazisi binada yaşayan sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion və oyun meydançası yerləşdirilib. Əlvan rəngli sarmaşıq güllər, kökünü birbaşa torpaqdan alan təbii ağaclar və tökmə torpaqla yetişdirilən dibçək ağacları parka əlavə yaraşıq verir, təbiət motivlərini hiss etdirir.

 

Huner Group-un ən böyük inşaat layihəsi olan “Hünər Qüllələri”, Bakının ən prestijli məkanında - Ağ Şəhərdə yerləşir.“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaqlarınızın rahat şəkildə oynaması üçün uşaq oyun zalı, xüsusi səs və görüntü sisteminə sahib kino zalı, karaoke otağı, içərisində müxtəlif alətlər olan musiqi otağı, özəl günlərinizi qeyd etmək üçün parti otağı, playstation otağı, qonaqlarınızı rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, fitnes salonu, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, bir neçə nəfərin rahat çalışa və mütaliə edə biləcəyi böyük iş otağı, xidməti avtomobillərin sürücüləri üçün nəzərdə tutulmuş sürücü otağı və paltaryuma, qurutma, ütüləmə avadanlıqlarına sahib camaşırxana daxildir.

 

20 mərtəbəli qüllələrin 3-cü mərtəbəsindən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.

 

Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.

Telefon: (012) 409 00 44

(050) 409 00 44

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi