Zəlzələ vulkanı aktivləşdirə bilər

12:36 06-02-2019 | icon 52 | Gündəm
Zəlzələ vulkanı aktivləşdirə bilər

 

Ötən gün baş verən zəlzələ Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların aktivləşməsinə təsir edə bilər.

 

Versus.Az xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, güclü zəlzələ vulkanları oyadır:

 

"Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Güclü zəlzələ enerji toplayan palçıq vulkanının oyanmasına təkan verir. Amma zəlzələdən sonra vulkanların vəziyyətinin necə olduğunu yoxlamaq üçün əraziyə ekspedisiya təşkil etmək lazımdır. Lakin hazırda zəlzələnin vulkanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanlar püskürsün”.

 

Şöbə rəhbəri seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayının çoxaldığını da nəzərə çatdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanı var. Hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayı çoxalır.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

“Xəzinə” - SƏRGİ

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi