Prezident tapşırıq verdi

12:43 06-02-2019 | icon 32 | Gündəm
Prezident tapşırıq verdi

 

Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib.

 

Versus.Az xəbər verir ki, bunu Şamaxıda jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək:

 

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər".

 

Nazir vurğulayıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri lazımi yerlərdə müvəqqəti yerləşdiriləcək:

"Təmir-bərpa işləri üçün dövlət tərəfindən yardım ayrılacaq".

 

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin təkanların 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

“Xəzinə” - SƏRGİ

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi