“Makronun bu davranışı bütün türk dünyasına və türklərə təhqirdir”

12:04 07-02-2019 | icon 988 | Geopolitika
“Makronun bu davranışı bütün türk dünyasına və türklərə təhqirdir”

Ramiya Mamedova: “Fransanın qərəzli mövqeyi Dağlıq Qarabağ münaqişəsində də öz rolunu az oynamır”

 

 

“Fransanın və onun rəhbərinin türk dünyasına qarşı etdiyi səhvlər getdikcə təhqir formasını almağa başlayıb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiya Mamedova deyib.

 

Politoloq bildirib ki, Makronun 24 aprel tarixini “ermənilərin soyqırımı anma günü” elan etməsi və bunu Türkiyə prezidentinə ultimatum şəklində deməsi həm Fransa-Türkiyə, həm də Fransa-Azərbaycan münasibətlərinin bilərəkdən gərginləşdirilməsi kimi qiymətləndirilə bilər.

 

Politoloq bildirib ki, Makronun belə bir addım atması Fransanın bu cətin günlərində, cəmiyyətin ona göstərdiyi etimadın boşa cıxması ilə əlaqəlidir. Belə ki, Makron əsas nəzərləri Fransa milləti ilə üz-üzə dayanan uğursuz siyasətindən yayındırmaq üçün Fransa ermənilərinin və erməni lobbisinin dəstəyini seçərək siyasi oyunlara əl atdı və türk millətinə qarşı olan qərəzliliyini bir daha sübüt etdi:

 

“Əlbəttə, Makronun erməni lobbisi tərəfindən dəstəkləndiyini bilirik və o, seçki zamanı onlara verilən sözü tutmalı idi. Lakin verilən hər bir sözün gələcəkdə hansı nəticələrə gətirəcəyini dövlət başcısı olaraq düşünməsi onun bir başa vəzifəsidir. Amma göründüyü kimi, bu, Makronu heç narahat etmir və o bir Ermənistana görə ondan daha güclü və strateji baxımdan lazım olan ölkələrlə münasibətini pozmağa hazırdır. Yaxud, ən vacibi Makronu nə Fransa, nə də onun xarici siyasəti maraqlandırmır, o sadəcə hakimiyyətdə qalmaq və bunun üçün maddi dəstək almağın dərdini çəkir. Demokrat adını daşıyan və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasını bildirən Fransa bu gün ozü də antidemokratik və beynəlxalq hüquq normalarını, ən əsas da etik normaları pozaraq illərdir türklərə qarşı soyqırım törədən ermənilərə dəstək cıxır. Bu, həqiqətən də bütün türk dünyasına və türklərə təhqirdir”.

 

R.Mamedova hesab edir ki, Fransanın bu qərəzli mövqeyi Dağlıq Qarabağ münaqişəsində də öz rolunu az oynamır:

 

“İllərdir bu münaqişənin həllinə calışan Azərbaycan və bu sahədə hər zaman “güya” hüquq normalarını və “düzgünlüyü” deyən Avropa Birliyinin öndə gedən ölkələrinidən birinin ermənilərə açıq-aşkar dəstək verməsi və onların illərdir azərbaycanlıların başına qətirdikləri oyunları, törətdikləri soyqırımları, ən sonunda da Xocalı soyqırımını qörməzdən qəlməsi əlbəttə ki, bu münaqişənin uzanmasına və reqionda sülhə qətirməyəcəyinə dəlaət edir”.

 

Politoloq hesab edir ki, Fransanın qərəzli mövqeyi əsas götürülməklə Minsk Qrupunun tərkibinin dəyişdirilərək bu qrupdan çıxarılması məsələsi gündəmə gətirilməlidir:

 

“Fransanın Minsk Qrupunu tərk etməsi ilə bağlı irəli sürəcəyimiz tələb artıq bizim üçün çox vacib məsələlərdən biri kimi önə çəkilməlidir. Makronun bu addımından sonra Fransa reqionda baş tutan layihələrdən kənarda qalmasına və ona etimad göstərilməyəcəyinə qatlanmalı olacaq. Cünki bu layihələrin hər birinin başında bu gün “təpik” atdığı Azərbaycan və Türkiyə durur”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI