“Freedom hose” sirrini əldən verdi

16:20 07-02-2019 | icon 47 | Kürsü
“Freedom hose” sirrini əldən verdi

 

Təşkilat 2019-cu il hesabatı ilə özünü ifşa etdi

 

 

 

MÜŞFİQ ƏLƏSGƏRLİ

 

“Freedom House” təşkilatı “Dünyada azadlıq 2019” hesabatını açıqlayıb. Təsnifatı aparılan 195 ölkə   “azad”,  “qismən azad”,  “qeyri-azad” olmaqla 3 qrupa bölünürlər.  Hər kateqoriyanın öz rəngi var:  yaşıl rəng  “azad”,  sarı rəng  “qismən azad”,  qara-çəhrayı rəng isə “qeyri-azad”   ölkələri simvolizə edir.  Xəritədə  yaşıl rəngdə 86 ölkə, sarı rəngdə  59 ölkə, qara rəngdə  50 ölkə göstərilir.

 

 Azərbaycan üçün ayrılan yer haqqında müzakirə açmayaq, zatən ölkəmizə qarşı bəlli, standart bir mövqeləri var. Hansı şərtlərlə  olur-olsun,  bizim üçün  “qeyri-azad ölkə” yarlığından istifadə edir. On illərdir ki,  yanaşmaları belədir.  Maraq doğuran məqam “Freedom House”   siyahısında ənənəvi olaraq  “azad” və  “qismən azad” kateqoriyalarında göstərilən  ölkələrdə baş verən son  proseslər və təşkilatın onlara münasibətidir. Özünü beynəlxalq və müstəqil təşkilat elan etsə də,  “Freedom House”  siyasi sifarişlər icraçısıdır, bu fakt təsdiqini tapıb. Xidmətçisi olduğu dövləti və bu dövlətin marağında olan ölkələri həmişə  yaşıl,  sarı rənglərdə götərib. Amma  iş elə gətirib ki,  2018- 2019-cu ilərdə dünyada  söz azadlığı və ümumilikdə insan haqlarının pozulması yönündə ən ciddi insidentlər də, məhz həmən yaşıl, sarı  rənglilərdə baş verib. O cümlədən, ABŞ-da.   Dünyanı şoka salan  Jamal Khashoggi olayı və ABŞ prezidentinin bu olaya “qeyri-adi” münasibəti də,  prezident Donald Trampın  CNN müxbiri ilə “güləşməsi ” də, digər tükürpədici hadisələr də 2018-ci ildə baş verib və ABŞ-ın neqativləri sırasına yazılıb. İndi   “Freedom House” ya həmən  faktlara istinad edib ABŞ-ın hesabatdakı ənənəvi rəngini dəyişməlidir, ya da öz obyektivliyini şübhəyə salmalıdır.

 

“Freedom House”  ABŞ-ı və ABŞ-ın  maraq dairəsində olan ölkələri qara-çəhrayı  rənglə boyaya bilməz, uzun illərin təcrübəsi bunu  göstərir.  Amma fakt da faktdır axı, hər şey dünyanın gözü qarşısında baş verib:  “Washington post” un əməkdaşı  Jamal Khashoggi   işgəncə ilə öldürülüb və  ABŞ prezidenti  jurnalistin ölümünə şəxsi maraqlar naminə göz yumub; dünya bunu görüb;  Tramp  CNN müxbiri ilə “güləşib”, onu əzməyə çalışıb, bunu da  hər kəs görüb.  Beləliklə, “Freedom House” dillema ilə üzləşib: necə etsin, durumdan necə çıxsın ki, həm obyektivliyinə şübhə gəlməsin, həm də  ABŞ-ın rəngini dəyişməsin?  Nüans da budur,  “Freedom House” dillemanın həlli üçün o qədər primitiv, gülünc bir oyun oynayıb ki, quyruğu əldən verib, özünün on illər ərzində tətbiq etdiyi taktikasını ifşa edib.

 

Hesabatın 17-ci səhifəsindən başlayaraq, Amerikada demokratiyanın durumuna aydınlıq gətirilib. Vurğulanır ki, “son səkkiz il ərzində ABŞ-da demokratik durum əhəmiyyətli dərəcədə zəifləyib. Mövcud prezidentin qanunun aliliyinə qarşı basqıları, davam edən hücumları, faktiki olaraq  jurnalistikanın durumunu  və demokratiyanın digər prinsiplərini ən aşağı səviyyəyə endirib, təhlükəli hal yaradıb”. Hesabatın bu girişlə başlayan “ABŞ-da demokratiya” fəsli   2018-ci ildə, həmçinin, son 8 il müddətində ABŞ-da demokratik azadlıq mühitinin pisləşməsi yönündə  nə baş veribsə, əksəriyyətini təsvir edib. Hətta ixtisarla, kəm-kəsirlə verilsələr belə, hesabatın şərh bölməsində yer tutan bu faktlar kifayət edir ki, ABŞ-ın yaşıl rəngi, ən azı sarıya çevrilsin.  Bəs nəticə? Nəticə odur ki, ABŞ-ın rəngi dəyişməyib, “Freedom House” ABŞ-ı yenə yaşıl rəngdə, yəni hər şeyin yaxşı olduğu  ölkələr sırasında göstərib.  Hansı prinsiplə, axı pislikləri özü sadalayıb? Təşkilat izahat verməkdən yayınmaq üçün belə taktika işlədib:  ABŞ haqqında bilgilər hesabatın yalnız PDF variantında yerləşdirilib, həm də digər ölkələrin arasında. PDF variantlı  sənədlərin içində  olan bilgilər, Google və digər axtarış sistemləri ilə araşdırılanda, üzə çıxmırlar, çünki PDF proqramının xüsusiyyəti buna imkan vermir. Axtarış sistemi sənədin yalnız adını tapa bilər, içdəki yazılar axtarış sistemində tanınmır. Kimsə bu sənədin adını bilməzsə, axtarışı ABŞ adıyla aparsa, həmən sənədə çıxış  tapmaz.  Yalnız xüsusi marağı və bilgisi olan şəxslər   bu sənədi öz adı ilə, yəni  “Freedom House” təşkilatının  “Dünyada azadlıq 2019” hesabat” adıyla   axtarıb tapmalı, 31 səhifəlik materialı oxumalı, onun 17-ci səhifəsində gizlədilmiş həqiqəti tapmalıdır. Kimdə var bu maraq və səbr?! Google və digər axtarış sistemləri bir yana, hətta  freedomhouse.org   saytının özündə axtarış aparsanız belə, yenə də ABŞ haqqında neqativ informasiyalar qarşınıza çıxmayacaq. Çünki onlar bazada, xəbər lentində yoxdurlar. Təşkilat təmsilçiləri qəsdən belə ediblər ki, ABŞ haqqında neqativlər görünməsin, diqqət çəkməsin, kimsə sadalanan faktlarla ABŞ-ın rəngi arasındakı təzadın fərqinə varmasın. Xəbər lentində verilən informasiyalar isə elə variantda təqdim ediliblər ki, həqiqət üzə çıxmasın. Test üçün  freedomhouse.org   saytında “Washington post” un əməkdaşı  Jamal Khashoggi   haqqında axtarış verin.  Nə qədər axtarsanız da, o dəhşətli hadisə və ABŞ prezidentinin bu hadisəyə “şok münasibəti” barədə ətraflı bilgi  tapılmaz. Qarşınıza yalnız   “Freedom house” prezidenti  Michael J. Abramowitz-in Donald Trampa müraciəti çıxacaq.  O öz məktubunda acizanə şəkildə xahiş edir ki, Tramp  Jamal Khashoggi olayını diqqətdə saxlasın. Bu qədər. Amma nə ölüm hadisəsi, nə də ondan sonrakı proseslər təqib edilməyib, ABŞ-ın yaşıl rənginə təsir edəcək faktlar saytda yerləşdirilməyib. Neqativlər təşkilat saytının  künc-bucağında  elə variantda gizlədilib ki, heç kəsin diqqətini çəkməsin, axtarılsa da, tapılmasın.  Əgər kimsə “Freedom house”-i küncə sıxıb hesab tələb edəcək qədər irəli getsə, həmən hesabat kağız variantda masaya qoyulacaq, baxın “biz obyektiv işləmişik” deyəcəklər.  Reallıqda isə  sistem elə qurulub ki, heç kəs   ABŞ-ın  yaşıl rənginə görə  “Freedom house” –nin obyektivliyini şübhəyə almasın.

 

“Freedom house” təkcə ABŞ-la deyil, maraq dairəsində olan digər dövlətlərlə də bənzər davranıb. Şübhə edən varsa,  freedomhouse.org   saytında daxil olub,   hələ 40-ı çıxmamış  Mher Yeghiazaryanı axtarsın. Paşinyan hakimiyyətinə etiraz olaraq həbsdə aclıq aksiyası keçirən bu jurnalist və siyasətçinin aksiya sonunda ölməsi faktı barədə bircə kəlmə də tapmazsınız.  Çünki    sahibləri  Michael J. Abramowitz-ə sifariş ediblər ki, Ermənistanın adını hesabatda  şərafətli yerdə yerləşdirsin,  “Nikol Paşinyanın qələbəsindən sonra baş verən dəyişiklər vəsf edilsin”. Bu tapşırıqla Mher   Yeghiazaryan olayı ziddiyyət təşkil edir.  “Freedom house”  çıxış yolunu  onda görüb ki, Mher   Yeghiazaryan olayını saytda gizlətsin, Ermənistanı sarı rəngdə göstərsin. Mher Yeghiazaryanla paralel şəkildə Azərbaycanda olan hadisələr barədə axtarış aparsanız, saniyəbəsaniyə hər şeyin təsviri ilə rastlaşarsınız.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

“Xəzinə” - SƏRGİ

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi