Qızdırmadan ölən qadın tabutda ayıldı

11:30 13-04-2023 | icon 232 | Maraqlı
Qızdırmadan ölən qadın tabutda ayıldı

Hadisə 1705-ci ildə baş verib: irlandiyalı qadın Marjori MakKall qızdırmadan vəfat edir və xəstəliyin yayılmasının qarşısını almaq üçün onu tez bir zamanda dəfn edirlər.

 
 
Qadının barmaqları şişdiyindən,əri bahalı üzükləri onun barmağından çıxara bilmir. Ona görə qadın barmağındakı üzüklərlə birlikdə tabuta qoyulur. Bunu bilən oğrular elə həmin gecə qəbri qazıb, tabutu çıxarırlar. Üzüyü çıxara bilməyəndə, onun barmağını kəsmək qərarına gəlirlər. Kəsikdən qan çıxan kimi Marjori komadan ayılır, tabutda oturur və qışqırmağa başlayır.
 
 
Marjorinin əri Con MakKall qapının döyülməsini eşidəndə, evdə uşaqlarla birlikdə idi. Kişi uşaqlara deyir: "Əgər ananız sağ olsaydı, and içərdim ki, bu onun qapı döyməsidir”. O, qapını açanda Marjorini cənazə paltarında və əlindən qan damcılayan vəziyyətdə görəndə özündən gedərək yerə yıxılır və ürək tutmasından ölür. Onu elə həyat yoldaşının azad etdiyi tabutda dəfn edirlər.
 
 
Marjori bu hadisədən sonra çox illər yaşayır, yenidən ərə gedir və uşaqları da olur. Nəhayət vəfat edəndə həmin Şenkill (Lurqan, İrlandiya) qəbiristanlığında dəfn edilir. Onun başdaşı isə qorunub saxlanılır. Daşın üzərində isə bu sözlər yazılıb: "Bir dəfə yaşayıb, iki dəfə dəfn edilib”.
 
 
Yüksək qızdırma özü nadir hallarda ölümə səbəb olur.
 
 
Daxili hipertoniya və ya toksik deyildiyi kimi, tərləmə və digər tənzimləyici mexanizmlər onun ə öhdəsindən gələ bilmədiyi zaman insan bədənində istilik əmələ gəlməsinin sürətlə artır.
 
 
Bunun səbəbləri aşağıdakılardır:
 
 
• Qanaxma, insult, travmatik beyin zədəsi, beynin termorequlyasiya mərkəzi təsirləndikdə;
• psixi pozğunluqlar: psixotravma, steroid reaksiyası, psixi xəstəlik;
• termal geyimdə məşq və digər fiziki fəaliyyətlər zamanı istilik ötürülməsində çətinlik;
• tiroid vəzi xəstəlikləri;
 
• yoluxucu xəstəliklər;
• dəridə tərləmə və damar spazmının azalması;
• şişlər;
 
• qarın və retroperitoneal boşluqların, tənəffüs yollarının iltihabi xəstəlikləri;
• abses və fleqmonalar. /medicina.az/
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ