Dövlət Xidmətindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

12:25 17-04-2023 | icon 267 | Sağlamlıq
Dövlət Xidmətindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

 

Dövlət Xidmətinin məlumatına görə, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.

 

Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır. Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu