Qoyunların 12 gün dayanmadan dövrə vurmasının sirri

11:12 18-04-2023 | icon 201 | Maraqlı
Qoyunların 12 gün dayanmadan dövrə vurmasının sirri

Bir müddət öncə sosial şəbəkələrdə 12 gün durmadan dövrə vuran qoyunlar barədə kadrlar virus sürəti ilə yayılıb. Görüntülər Çinin Baotou şəhərindən olub.

 

Yalnız soyadı açıqlanan fermer Miaonun sözlərinə görə, əvvəl bir neçə qoyun dövrə vurmağa başlayıb, sonra isə bütün sürü bu hərəkətə cəlb olunub.

 

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətə səbəb kimi əvvəlcə bakterial xəstəlik göstərilsə də, heyvanların tamamilə sağlam olduğunun üzə çıxması vəziyyətin müəmmasını daha da artırıb.

 

 

İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell bu sirli davranışların səbəbi barədə elmi fikir irəli sürüb.

 

Alimin sözlərinə görə, bəzi heyvanlar daim dar bir sahədə sıxışdıqları vaxt qəzəblənərək bu cür davranırlar. O, ehtimal edib ki, qoyunlar da uzun müddət eyni bölgədə olduqları üçün qəzəbli olublar. Bir neçə qoyunun başlatdığı “fəaliyyət” isə sonradan “sürü psixologiyasına” uyğun olaraq davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB