ALDP lideri Binəqədi sakinlərinin problemləri ilə maraqlanıb

15:48 08-11-2017 | icon 490 | Sosial
ALDP lideri Binəqədi sakinlərinin problemləri ilə maraqlanıb

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakı şəhəri, Binəqədi kəndində yaşayan bir qrup sakindən partiyaya daxil olan şıkayətləri araşdırmaq üçün həmin ünvanda olub.

Versus.Az-ın məlumatına görə, görüşdə Binəqədi kəndində, Mədən 1-də yaşayan sakinlər əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və zibil qutularının yoxluğundan, yolların bərbad vəziyyətdə olduğundan şikayətləniblər. Mirsəlim Məmmədov adlı sakin bildirib ki, yağışlı havalarda yollarda vəziyyət daha acınacaqlı olur:

“Yola baxın. Bir həftə bundan qabaq yağış yağıb, yaranmış gölməçə hələ də qalıb. Biz heç yerə çıxa bilmirik, uşaqlar məktəbə qedənəcən ayaqqabıları çirkli və su içində olur. Eyni zamanda zibilimizi atmağa bir zibil qutusu da tapmazsınız bu kənddə. Məcbur olub zibili bir küncə tullayırıq. O da həftələrlə qalaqlanır, gəlib daşımırlar. Digər tərəfdən, kanalizasiya xətti yoxdur, evlərdən çıxan çirkab sular bu gölə axıdılır. Hələ bu soyuq havada zibilin iyi bu qədər hiss olunur, yayda zibilin, kanalizasiyanın üfunət iyindən heç dayanmaq olmur buralarda”.

Digər şikayətçilər də bu kimi problemlərdən danışıblar. Bildiriblər ki, bir neçə dəfə mövcud problemlərlə bağlı Binəqədi Bələdiyəsinin nümayəndələrinə məlumat veriblər, amma vəziyyət olduğu kimi qalıb.

Sakinlərin sözlərinə görə, ətraf mühitin çirklənməsi uşaqlar arasında bir sıra infeksion xəstəliklərin yaranmasına səbəb olub:

“Şikayət etmədiyimiz ünvan, döymədiyimiz qapı qalmayıb. Amma heç kim bizim problemlərin həllində maraqlı deyil. Bir dəfə də oilsun gəlib bizimlə maraqlanmayıblar. Ona görə məcbur olub sizə müraciət etdik ki, bəlkə siz bizim problemlərimizin həllinə köməklik göstərəsiniz, səsimizi aidiyyəti şəxslərə çatdırasınız”.

ALDP sədri sakinlərə bildirib ki, onların yaşadıqları şəraitlə yaxından tanış olmaq məqsədilə görüşlərinə gəlib:

“Mən partiyanın hüquqşünaslarına tapşıracam ki, sizinlə əlaqə saxlasınlar, hüquqi çərçivədə şikayətlərinizi müvafiq orqanlara çatdırsınlar və problemlərin həlli üçün lazımı tədbirlər görsünlər. Hesab edirəm ki, biz birlikdə sizin bu problemlərinizi həll edə bilərik”.

Qeyd edək ki, ALDP sədri Fuad Əliyevin şikayətçilərlə görüşünü “Bakı Milli TV” əməkdaşları lentə alıblar.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür