“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş TƏQVİMİ

08:33 26-04-2023 | icon 287 | İdman
“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş TƏQVİMİ

Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb.

 

Versus.Az xəbər verir ki, federasiyanın avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq.

 

Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüş keçiriləcək. Saat 17:00-dan 18:00-dək Azərbaycan Qran-Prisində pilotların düzülüşünü müəyyənləşdirəcək təsnifat yarışı təşkil ediləcək.

 

Aprelin 29-da saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq.

 

 

Aprelin 30-da isə saat 15:00-da Azərbaycan Qran-Prisinə start veriləcək.

 

Qeyd edək ki, üç mərhələdən sonra pilotların sıralamasında 69 xalla “Red Bull Racing”in sürücüsü Maks Ferstappen birincidir. Hesabında 54 xal olan Serxio Peres (“Red Bull Racing”) ikinci, 45 xalla Fernando Alonso (“Aston Martin”) isə üçüncü pillədə qərarlaşıblar.

 

Konstruktorlar kubokunda ilk üçlükdə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” yer alıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI