ALDP sədrindən nazirə açıq məktub

12:27 11-02-2019 | icon 1202 | Siyasət
ALDP sədrindən nazirə açıq məktub

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramova açıq məktub yazıb.

 

Versus.Az-ən məlumatına görə, məktubda deyilir:

 

 

Hörmətli Ceyhun müəllim!

Azərbaycanda təhsil sistemində çalışan pedaqoji kollektivin əksəriyyətini qadınlar təşkil edir. Ana və bacılarımıza sevgi və ehtiramla yanaşmağımız bizim adət ənənələrimizdən irəli gəlir.

 

Hörmətli Ceyhun müəllim!

Artıq 8 Mart beynəlxalq qadınlar günü yaxınlaşır və fevral ayının əvvəlindən mənə məktəblərdə valideyinlər tərəfindən “pul-yığma” kampaniyasından yüzlərlə şikayətlər gəlir. Məktəblər müxtəlif ərazilərdə yerləşdikləri kimi toplanacaq pulların miqdarı da müxtəlifdir.

Belə ki, Yasamal rayonu 225 nömrəli təhsil mərkəzində 20 manat, 172 saylı məktəbdə 35 manat, Səbail rayonu 8 saylı orta məktəbdə 40 manat, 236 saylı orta məktəbdə 20 manat, Nəsimi rayonu, 1 saylı orta məktəbdə 25 manat, Abşeron rayonu, Xırdalan şəhər 3 saylı orta məktəbdə 20 manat, Binəqədi rayonu 314 saylı məktəbdə 25 manat, Bəxtiyar Cəfərov adına Xırdalan 3 saylı məktəb-liseyində 30 manat, Xətai rayonu 27 və 165 saylı məktəbdə 20 manat pul yığılır.

Bu siyahını davam etmək də olar. Sosial problemlərin olduğu bir vaxtda, işsizlik, maaşların az olması, qiymətlərin gündən-günə qalxması və üstəlik Azərbaycan ailələrində orta hesabla məktəbdə oxuyan 2 usağa görə valideyinin 50-60 manat pul verməsi ailə üçün böyük problemə çevrilir.

 

 

Hörmətli Ceyhun müəllim!

Valideyinlərin Təhsil Nazirliyinin "Qaynar xətt"inə zəng vurmamasına aydınlıq gətimək istəyirəm. Onların sözlərinə görə, "Qaynar xətt"də Müəllimlər günü, 8 Mart, Bilik günü və digər bayramlarda pul yığılması ilə bağlı zəng vurandan sonra uşaqlara təzyiqlər olur. İş o yerə gəlib çıxır ki, bu təzyiqlərdən sonra valideyinlər uşağı məktəbdən çıxarıb başqa məktəbə keçirmək məcburiyyətində qalırlar. Ona görə bu hallardan qorxaraq valideyinlər "Qaynar xətt"ə yox, digər təşkilatlara, o cümlədən bizim kimi siyasi partiyalara üz tuturlar.

 

Hörmətli Ceyhun müəllim!

İnanmaq istəyirəm ki, bu məktub məktəb direktorlarına, müəllimlərə, valideyinlərə və şagirdlərə heç bir problem yaratmaz. Valideyinlər də imkan daxilində, sərbəst və könüllü olaraq müəlimləri təbrik edərlər. Ümid edirəm ki, məlum bayramlarda məktəblərdə pulyığma kampaniyasına sizin kəskin müdaxiləniz nəticəsində son qoyulacaq.

 

Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı