Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikintisinə başlanılıb

13:32 11-02-2019 | icon 26 | Sosial
Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikintisinə başlanılıb

 

Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir

 

 

Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir.

 

Versus.Az-ın məlumatına görə, Prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə görüşündən sonra fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların icrasına dərhal başlanılıb.

 

Qeyd edək ki, fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.

 

Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

“Xəzinə” - SƏRGİ

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi