Tovuzda gənclər SİQARETƏ YOX dedi

16:25 11-02-2019 | icon 180 | Cəmiyyət
Tovuzda gənclər SİQARETƏ YOX dedi

 

Qənirə Paşayeva: “Bu zərərli vərdişə adətən gənc yaşlarda başlayır və çox hallarda xilas ola bilmirlər”

 

 

Tovuz Gənclər Evində Dünya Siqareti Tərgitmə günü münasibətilə uşaqlar üçün "Siqaretə yox deyək!" adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov çıxış edərək siqaret çəkmənin zərəri və bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxış edərək hazırda il ərzində 6 milyona yaxın insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib:

 

“Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”.

 

Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən Qənirə Paşayeva onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Siqaretin çəkmənin zərərlərindən danışan millət vəkili bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayaraq gəncləri bu məsələlərə daim həssaslıq nümayiş etdirməyə çağırıb və maarifləndirmə işlərini gücləndirməliyik deyib.

 

Tədbirdə çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və şairə Çığatel İsaqızı siqaret çəkmənin zərərlərindən danışaraq bu istiqamətdə uşaqlar və gənclər arasında maarifləndirmə işlərinin aparılmasının, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

 

Tədbir zamanı millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən gənclərə bütün dünyada bestseller olan və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən tərcümə edilərək nəşr edilən “Siqareti atmağın asan yolu” kitabını da hədiyyə edib.

 

Görüş maraqlı söhbətlərlə yadda qalıb və gənclər  zərərli vərdişlərə qarşı mübarizə, gənclər arasında siqaretdən istifadə edənlərin artmaması üçün ondan xilas olmanın vacibliyi ilə bağlı təbliğatda daha da fəal olmağa, eyni zamanda bu zərəli vərdişdən hər zaman uzaq durmağa çalışacaqlarını deyiblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

“Xəzinə” - SƏRGİ

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi