Məşhur memarlarımız markalarda

11:07 12-02-2019 | icon 575 | Maraqlı
Məşhur memarlarımız markalarda

 

“Azərmarka” MMC və Azərbaycan Memarlar İttifaqı markalı kitab layihəsinə imza atıb.

 

Versus.Az-ın "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, səhifə sayı 44 vərəq olan bu kitabda XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Azərbaycan memarlarından söz açılır.

 

Markalı kitaba hər biri 4 markadan ibarət 3 blok daxil edilib. Kitabın ölçüləri 177x200 mm, blokların ölçüləri 75x90 mm, markaların ölçüləri isə 26x37 mm-dir.

Bloklara daxil olan markalar:

 

- Əməkdar memar İlham Əliyev
- Memar Vadim Şulqin
- Mühəndis-memar Sənan Sultanov
- Əməkdar memar Pərviz Hüseynov
- Əməkdar memar Hacımurad Şuqayev
- Əməkdar memar Avrora Salamova
- Əməkdar memar Fira Rüstəmbəyova
- Əməkdar memar Abram Surkin
- Professor Əbdülvahab Salamzadə
- Memar Davud Axundov
- Memar Tələt Dadaşov
- Memar Boris Revazov

 

Tiraj hər blokdan 5 min ədəd olmaqla 15 min ədəd təşkil edir. Poçt markalı kitab “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılışa əlavə olaraq "Birinci gün zərfləri" hazırlanıb. Hər poçt blokundan 100 zərf olmaqla, ümumilikdə 300 zərf artıq satışa buraxılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı