"Özəl sektorda əməkhaqqının artırılmasına ciddi nəzarət ediləcək"

11:40 12-02-2019 | icon 766 | Gündəm
"Özəl sektorda əməkhaqqının artırılmasına ciddi nəzarət ediləcək"

 

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bu prosesə qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, martın 1-dən minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək:

 

"Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq".

 

S.Möhbalıyev qeyd edib ki, minimum əməkhaqqının 180 manat müəyyən edilməsi nəinki az maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil ediləcək:

 

"Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir".

 

Hazırda ölkə üzrə 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Sərəncama əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və tam iş günü üzrə işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI