"Seçkilərə qədər bələdiyyələrin sayı azaldılmalıdır"

14:04 12-02-2019 | icon 101 | Siyasət
"Seçkilərə qədər bələdiyyələrin sayı azaldılmalıdır"

 

"Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət mexanizmi mövcuddur. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin dinlənilməsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda artıq 15 ildən çoxdur bələdiyyələr fəaliyyət göstərir:

 

"Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.

 

S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrlar yoxdur:

“Elə bələdiyyələr var ki, elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması və gəlir mexanizmləri işlənib hazırlanmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır