Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

19:47 12-02-2019 | icon 779 | Siyasət
Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

 

Qənirə Paşayeva: "Bələdiyyələrin özləri fəal olmalı, saytlarını, sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar"

 

 

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ni dəstəklədiyini deyib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olan bir millət vəkili olaraq bir neçə məsələlərə toxunub:

 

"İllik məruzədə qeyd edilir ki, mədən vergi ödəyicilərinin, mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına yol verilir. Bu isə bələdiyyə orqanlarının maliyyələşməsinə öz ciddi təsirini göstərir. Yerli özünü idarəetmə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu sahəyə diqqət yetirilməlidir. Sənəddə vurğulandığı kimi, qanunla nəzarət mexanizminin yaradılması, bu ödənişin müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşməsinə ciddi ehtiyac var. Hesab  edirəm ki, bu məsələ ilə bağlı müvafiq komitələrdə və Milli Məclisdə müzakirəyə çıxarılaraq bələdiyyələrin büdcə gəlirlərinə öz müsbət təsirini göstərə bilən mexanizmlərin və qaydaların yaradılması vacibdir. Məruzədən də göründüyü kimi,  bələdiyyələrimizdə təşəbbüskarlıq və peşəkar kadrlar məsələsi kimi ciddi problemlər vardır. Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib. Lakin məruzədən görürük ki, bu müddət ərzində bələdiyyələr yalnız 50-yə yaxın kommersiya qurumu yarada bilib, onların da əksəriyyəti fəaliyyət göstərmir, bəzilərindən isə bələdiyyələrin büdcəsinə mənfəət daxil olmur. Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarı ilə bələdiyyələrin büdcəsində özünü göstərmir”.

 

Q.Paşayeva vurğulayıb ki, Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri və üzvləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdır:

 

“Dövlətimizin bələdiyyələr üçün yaratdığı imkanlardan istifadə etmələrinə ehtiyac var. Məruzədə qeyd edilir ki, bələdiyyələr bir sıra sosial-iqtisadi problemlərin həllində iştirak edirlər, lakin bu barədə ictimaiyyətə geniş şəkildə məlumatlar verilmir. Bütün KİV və jurnalistləri yaxşı və pis fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini işıqlandırmağa çağırırıq. Lakin bu məsələdə bələdiyyələrin özləri də fəal olmalıdır. Bələdiyyələrin öz saytları fəal olmalıdır, Bələdiyyələrin Milli Assosiasiyası fəallıq göstərərək  dövlət büdcəsindən maliyyələşən telekanallarda bələdiyyələrin fəaliyyət ilə bağlı həftədə bir verilişin keçirilməsinə nail olması mümkündür".

 

Millət vəkili qeyd edib ki, bələdiyyələr sosial şəbəkələrdə çox zəifdirlər və bu da onların işlərinin cəmiyyətə çatdırılmasına öz təsirini göstərir:

 

“Qardaş Türkiyədə hər bir bələdiyyənin və  bələdiyyə sədrinin, sosial şəbəkələrdə, misal üçün “Facebook” və "twitter"də  səhifələri var. Bunun üçün hər hansı əlavə vəsait lazım deyil, ancaq bələdiyyələr üçün cəmiyyətə lazımı məlumatların ötürülməsində önəmli platformadır. Ona görə də bizim bələdiyyələr sosial şəbəkələrdə fəallıqlarını artırmalıdır".

 

 Qəbiristanlıqların saxlanması, istifadəsi və s. ilə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsi barədə qanuna dəyişikliklərin 2017-ci ilin sonunda edilməsinə baxmayaraq, hələ də bu istiqamətdə məsələlərin tam başa çatmadğını deyən Q.Paşayeva bu işlərin sürətlənməsinin vacib olduğun  qeyd edib.

 

Tovuzda seçiciləri və şəhid ailələri ilə görüşdən qayıtdığını vurğulayan millət vəkili "Tovuzda şəhid ailələri ilə keçirdiyim görüşdə şəhid ailələrinin cənab Prezidentə öz təşəkkürlərini çatdırmaqlarını, hər zaman Ali Baş Komandanın arxasında olduqlarını bildirmələrini xahiş etdiklərini diqqətə çatdırmaq istərdim" deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi