“Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” forumu keçirilir

11:30 18-05-2023 | icon 318 | Təhsil
“Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” forumu keçirilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forum başlayıb.

 

Versus.az xəbər verir ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir.

 

İki gün davam edəcək Forumun ilk günündə keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının (EQAR, CEENQA, INQAAHE, NVAO) rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ikinci gün isə ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçiriləcək.

 

Tədbirin rəsmi hissəsində TKTA-nin idarə heyətinin sədri Ülkər Səttarova, elm və təhsil nazirinin müavini İdris İsayev, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin direktoru Maqali Sonen, Sloveniya Keyfiyyət Təminatı Agentliyinin direktoru, Mərkəzi və Şərqi Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin prezidenti, doktor Frensi Demsar, Rumıniya Keyfiyyət Təminatı Agentliyinin baş direktoru, Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyasının vitse-prezidenti Daniyela Kristina çıxış edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR