Avropanın yeni strategiyası kimə qarşı olacaq?

14:20 19-05-2023 | icon 538 | Dünya
Avropanın yeni strategiyası kimə qarşı olacaq?

Borrel Çinin siyasətindən niyə narahatdır?

 
 

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel Rusiyaya qarşı mübarizənin tam gücüylə davamının tərəfdarıdır. Bu səbəbdən Borrel rusiyalı rəsmilərin ən çox tənqid olunduğu şəxslərdəndir. Ancaq Borrel yalnız Rusiya ilə kifayətlənmir. O son çıxışlarının birində Avropa İttifaqı ölkələrini Çinlə mübarizəyə də səsləyib. Borrel Çinin dünyada artan gücündən narahatdır. Ona görə də avropalı baş diplomat Avropanın Rusiya ilə yanaşı Çinə qarşı da vahid strategiyasının hazırlanmasını dəstəkləyir. Borrel bütün bu fikirlərini “Financial Times” qəzetində yayımlanıb. Borrel ayrıca, mövzu ilə bağlı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib. Borrel həmin məktubda yazıb ki, Avropa İttifaqı ölkələri Çinlə bağlı ortaq strategiyanın hazırlanmasına çalışmalıdırlar.

 
 
 
Borrel Çinin siyasətindən niyə narahatdır?
 
 
Versus.az politoloq Elxan Şahinoğlunun rəhbəri olduğu “Atlas” Araşdırmalar Mərkəzinin təhlillərinə istinad edib.
 
 
"Birincisi, Avropa komissarı hesab edir ki, Ukrayna müharibəsi fonunda Çin bölgədə gücünü artırmağa çalışır və Pekinin siyasəti getdikcə aqressivləşir.
 
İkincisi, Borrel hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün heç nə etməyib, halbuki, buna cəhd edə bilərdi.
 
Hadisələrin bu istiqamətdə gedidaşı Pekinin narahat edir. Çin ABŞ-la siyasi və təhlükəsizlik sahəsində rəqabət aparır. Ancaq Pekin eyni rəqabəti Avropa ölkələri ilə aparmaq istəmir. Çinin xarici işlər naziri Tsin Qan Avropa ölkələrinə səfəri zamanı münasibətləri gərginləşdirməməyə və Brüsseli Amerikanın yolu ilə getməməyə çağırıb. Tsin Qan hesab edir ki, Vaşinqton qəsdən Avropa ilə Çin arasındakı münasibətləri gərginləşdirir. Buna baxmayaraq, Çinin artan gücü onu istər-istəməz Avropa ilə də üz-üzə qoyur.
 
Bu arada, Çinin daha bir ölkə ilə münasibətləri gərginləşib. Kanada hökuməti Çinin Toronto şəhərindəki konsulluğunda çinli diplomatı ölkədən çıxardıqdan sonra eyni addımı Pekin atıb. Kanadanın Şanxay şəhərindəki konsulu persona non-qrata elan edib. Kanada hökumətinin ölkədən çıxardığı çinli diplomat Kanada parlamentinin Çin mənşəli deputatını şantaj edirmiş. Kanadanın “Globe and Mail” dərgisində şantajın mahiyyəti yazılıb. Kanadanın Çin mənşəli deputatı Maykl Çoxqun yaxın qohumları Honkonqda yaşayır. O isə Çinin insan haqları siyasətini tənqid edir. Çinli diplomat deputata xatırladıb ki, Pekinə qarşı tənqidlərini davam etdirsə, Honkonqdakı qohumları üçün pis olacaq. Pekin ABŞ və Kanada ilə münasibətlərin gərginlşməsini istəməsə də, bu qalmaqallar normallaşma prosesinə mane olur."
 
 
LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ