Zelenski G7 sammitinə Fransanın hökumət təyyarəsində gedəcək

14:59 19-05-2023 | icon 497 | Dünya
Zelenski G7 sammitinə Fransanın hökumət təyyarəsində gedəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski Yeddilər qrupunun (G7) Xirosima şəhərində keçirilən sammitində iştirak etmək üçün Yaponiyaya Fransanın hökumət təyyarəsində gedəcək.

 

Versus.az AZƏRTAC-a istinadla xəbər verir ki, Reuters informasiya agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

 

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 20-də axşam saatlarında Səudiyyə Ərəbistanına gedərək Ərəb Dövlətləri Liqasının Ciddə şəhərindəki sammitində də iştirak edəcək.

 

G7 sammitinin təşkilatçıları Volodimir Zelenskinin mayın 21-də onlayn formatda çıxışı gözlənilən tədbirin proqramına heç bir dəyişiklik etməyib və Ukrayna Prezidentinin sammitdə iştirakını təsdiqləməyib. Səfər barədə rəsmi məlumat yalnız Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Oleksi Danilov tərəfindən verilib.

 

Bu il Yeddilər qrupuna Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək davam edəcək G7 sammitinin keçiriləcəyi Xirosima şəhəri 1945-ci il avqustun 6-da ABŞ tərəfindən atom bombardmanına məruz qalıb. Cozef Bayden dövlət başçısı postunda Xirosimaya gedən ikinci ABŞ prezidenti olacaq. Lakin o da 2016-cı ildə həmin şəhərə səfər edən Barak Obama kimi Birləşmiş Ştatların II Dünya müharibəsi zamanı törətdiyi qətliama görə üzrxahlıq etməyi planlaşdırmır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ