“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

11:41 13-02-2019 | icon 958 | Siyasət
“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir”

 

 

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyevin Versus.Az-a müsahibəsi

 

- Əliməmməd bəy, bu gün Prezidentin cərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi sosial proseslərin nizamlanması sistemində hansı əsas xətti formalaşdırmağı nəzərdə tutur və cəmiyyətə nələri vəd edir?

 

- Hazırda informasiya əsrində yaşayırıq. İctimai münasibətlərin inidyə qədər görünməmiş səviyyədə mürəkkəbləşməsi idarəetmədə əks-əlaqənin qurulması, ehtiyacların öyrənilməsi, ictimai iştirakçılığın, ictimai nəzarətin təmin olunmasında informasiya-kommunikasiya texnologiyalarının inkişaf sürətinə adekvat yanaşmaların tətbiqini zəruri edir. Hazırda effektv idarəçilik sistemi məhz cəmiyyətin tələblərinin, rəyinin maksimum nəzərə alınması, inkişaf konsepsiyalarında dövlətin, biznesin və fərdin maraqlarının harmoniyaya gətirilməsini, uzlaşdırılmasını tələb edir. Həmçinin idarəetmə sistemi öz qərarlarının, atılan addımların nəticələrini, cəmiyyətin həyatının müxtəlif sahələrinə təsirini ölçmək imkanına malik olmalıdır.  Sosial Tədqiqatlar Mərkəzinin yaranması və fəaliyyəti bu vəzifələri daha effektiv və sistemli yanaşma ilə həll etməyə imkan verəcək.

 

- Sosial Tədqiqatlar Mərkəzi əhalinin tələbini aidiyyatı orqanlara çatdırmaq və onun həlli yönündə çıxış edərkən əsas etibari ilə nələri nəzərə almalıdır?

 

- Hökumət cəmiyyətdə hakim əhval-ruhiyyəni, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqları, təlabatları, ehtiyacları, sosial sifarişləri, ən vacibi nöqsanlar barədə düşüncələri ilə bağlı, ölkədə və dünyada baş verənlərə münasibət barədə obyektiv məlumatlar əldə etməlidir. Tədqiqatlar vasitəsilə hökuməti maraqlandıran məsələlər, prioritetlər barədə cəmiyyətdəki yanaşmanı, ideyaları, fikirləri öyrənilməlidir. Müsair dövrdə hökumətin əsas vəzifəsi yalnız insanları məlumatlarla təmin etmək deyil, həm də cəmiyyətin özünün fəaliyyəti haqqında bilgili olmasına nail olmaqdır. Yeni idarəetmə nəzəriyyələri o ideyanı əsas tutur ki, mürrəkəbləşən ictimai münasibətlər sistemində bilgili cəmiyyətin köməyi ilə hökumət qarşıda duran inkişaf vəzifələrini həll edə bilər. Cəmiyyət nə qədər bilgili olacaqsa, ictimai iştirakçılığın, ictimai nəzarətin də səviyyəsi bir o qədər yüksək olacaq. Sonda bütün bunlar idarəetmənin keyfiyyətinin yaxşılaşması və fərdlərin maraqlarının daha çox nəzərə alınmasına xidmət edəcəkdir. Azərbaycanın 2011-ci ildən qoşulduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün də əsas ideyası bu yanaşmadan qaynaqlanıb. Azərbaycanda cəmiyyədən gələn təkliflərin, rəylərin dəyərləndirilməsi mexanimzləri yaradılıb. “İctimai iştirakçılıq” haqqında qanun qəbul edilib. Mərkəzi icra hakmiyyəti orqanları yanında İctimai Şuralar, Apellyasiya Şuraları, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb. İctimai dinləmələr, müzakirələrin keçirilməsi ənənəsi və müvafiq mexanizmləri formalaşıb. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması isə ixtisaslaşmış tədqiqatlarla cəmiyyətin ayrı-ayrı təbəqələrinin rəyini öyrənməyə imkan yaradacaq. Bu sahədə qabaqcıl təcrübənin ölkəmizə gətirilməsi, milli təcrübənin inkişaf etdirilməsi, cəmiyyətin sosial strukturu və onlara xas əsas xüsusiyyətini daha dərindən, həm makro, həm də mikro səviyyədə öyrənməyə yol açacaq. Bu baxımdan cənab Prezident İlham Əliyev tərəfindən bu cür mərkəzin yaradılması çox mühüm addım oldu.

 

- Obyektivliyin qorunması üçün hansı əsas amillər diqqətdə saxlanılmalı və sosial sfera ilə iş necə aparılmalıdır?

 

- Sosial Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatlar, analitik iş, hökumətin sosial siyasətinin formalaşmasında mühüm rol oynayacaq. Bu baxımdan şübhəsiz ki, obyektivliyə olan tələblər də bu məsuliyyət dərəcəsinə adekvat olacaq. Başqa bir məsələ isə qabaqcıl beynəlxalq praktikaların tətbiqidir. Hazırda dünyada sosial tədqiqatların aparılması çox yüksək səviyyədə inkişaf edib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, meqa məlumat bazalarının formalaşması, yeni ölçmə metod və alətlərinin yaranması  obyektivliyi yüksək səviyyədə qorumağa imkan verir. Tədqiqat prosesi elədir ki, qeyri-obyektivlik qısa zaman kəsiyində özünü biruzə verir. Əminəm ki, bütün bu xüsusiyyətlər Mərkəzin fəaliyyətində nəzərə alınacaq.

 

- Mərkəzin İdarə heyətinə təyin olunan sədr millət vəkili Zahid Orucla bağlı fikriniz nə olacaq?

 

- Millət vəkili Zahid Orucun Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ondan xəbər verir ki, siyasi rəhbərlik dinamik, enerjili bir tədqiqat təsisatı görmək istəyir. Hörmətli Zahid müəllim böyük ictimai-siyasi fəaliyyət təcrübəsinə malik, həmçinin parlament praktikasına yiyələnmiş, çox hazırlıqlı bir kadrdır. Siyasi təhlil və mühakimə bacarıqları yüksək dərəcədə inkişaf etmiş, hər zaman kommunikasiyaya açıq bir millət vəkilidir. Bu baxımdan onun qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcəyinə şübhə yoxdur. Çox tezliklə sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq və bu mərkəz həm yaxşı idarəetməyə, həm də cəmiyyətin tələblərinin nəzərə alınmasında öz töhfəsini verəcəkdir.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol