Partlayış baş vermiş evin görüntüləri - VİDEO

16:17 13-02-2019 | icon 575 | Gündəm
Partlayış baş vermiş evin görüntüləri - VİDEO

Bakının Səbail rayonunda 20-ci sahədə partlayış baş vermiş evin görüntüləri yayılıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, birmərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış ətrafdakı evlərə də ziyan vurub. Partlayışın gücündən evlərin qapı və pəncərələri yerindən çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

FHN-in yaydığı məlumatda bildirilir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin