Ukrayna saytı: "Unudulmaz ağrı - Xocalıda günahsız qurbanların xatirəsi"

16:30 13-02-2019 | icon 608 | Gündəm
Ukrayna saytı: "Unudulmaz ağrı - Xocalıda günahsız qurbanların xatirəsi"

Ukraynanın Gordon.ua saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin Xocalı soyqırımına dair “Unudulmaz ağrı - Xocalıda günahsız qurbanların xatirəsi” sərlövhəli məqaləsi yayılıb.

 

Azərbaycanın Ukraynadakı səfirliyindən Versus.Az-a verilən məlumata görə, müəllif məqalədə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının artıq dünya ölkələri tərəfindən tanındığını qeyd edərək, insanlığa qarşı törədilən vəhşiliyin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayıb.

 

Qeyd olunub ki, Xocalıda əhaliyə qarşı törədilən kütləvi qətlin əsas ideoloqlarından olan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində hər şeyi etiraf edib, “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”, - deyə bildirib.

 

Müəllif daha sonra vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ də davam edir. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol