Pensiyalar yenidən artacaq

14:56 14-02-2019 | icon 604 | Cəmiyyət
Pensiyalar yenidən artacaq

 

Minimum əmək pensiyalarının qaldırılmasına dair cənab prezident qərar verdi.

 

Versus.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir yekun qərarın bu ayın 19-u açıqlanacağını bildirib:

 

"Bu təşəbbüs hazırlanaraq Milli Məclisə təqdim olundu. Dünən MM-in komissiyasında müzakirə olunaraq təsdiq olundu və plenar iclasa tövsiyə edildi. 19 fevral tarixində plenar iclasda biz bu qanun layihəsinin, qanunvericilik dəyişikliyinin təsdiqini gözləyirik. Bu addım minimum pensiyaların 116 manatdan 160 manata qaldırılmasını nəzərdə tutur. Burada da təqribən 40 faizlik artım olacaq. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək".

Nazir deyib ki, 160 manatdan çox pensiya alan şəxslərin pensiyasında 3 faiz artım olacaq.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol