Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

14:58 14-02-2019 | icon 536 | Təhsil
Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

 

Magistratura səviyyəsi üzrə ixtisas təsnifatına yenidən baxılacaq və onlar da bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatına uyğunlaşdırılıacaq.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Nazirlik rəsmisi gələn il bu istiqamətdə işlərin aparılacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sonuncu dəfə 2009-cu ildə təsdiq edilmişdi. Həmin vaxt ixtisas təsnifatında 450 ixtisas var idi.

 

Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayının azaldığını deyən Y.Piriyev qeyd edib ki, qaydalar əsasında yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq. Yeni bakalavr ixtisasları üzrə ilk buraxılış 2024-cü ildə olacaq:

 

"İxtisasların ləğv olunması məzunlara heç bir təsir göstərməyəcək. Onlar yalnız yeni ixtisaslar, yeni təhsil məzmunu əsasında kadr kimi hazırlanacaqlar. Ləğv olunmuş ixtisaslar üzrə təhsil alan tələbələrin akademik borclarının ləğv edilməsi ilə bağlı da heç bir problem olmayacaq".

Y.Piriyev əlavə edib ki, yeni ixtisaslar dünyada qəbul olmuş standartlara uyğundur.

Onun sözlərinə görə, qərara uyğun olaraq, bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatında bəzi ixtisasların adları dəyişdirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar çıxarılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI