“Xəzinə” - SƏRGİ

15:09 14-02-2019 | icon 972 | Mədəniyyət
“Xəzinə” - SƏRGİ

 

Versus.Az xəbər verir ki, Bakıda 20-25 fevral 2019-cu il tarixlərdə Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Aərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə "Xəzinə" Gəncə rəssamlarının sərgisi keçiriləcək.

 

Bəzi fərziyyələrə görə Gəncə sözü pəhləvi dilindən "xəzinə" kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olaraq, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Və, sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə onların baxışı, münasibəti göstərilir.

 

Layihənin məqsədi Azərbaycanın bədii ənənələri və mədəni irsinin dəstəklənməsi, gənc rəssamın bədii inkişafına və formalaşması üçün yaradıcı mühitin yaradılması;  region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması; estetik tərbiyə; geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək; yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılmasıdır.

 

Sərgidə Gəncə rəssamlarından Nazim Babayev, Faiq Abdullayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri təqdim olunur.  Eyni zamanda, Gəncə Dövlət Rəsm Qalereyasının fondundan da bir neçə əsər ekspozisiyaya daxil edilmişdir.

Sərginin kuratoru Məhbarə Abbasovadır.

Sərgi 20-25 fevral 2019-cu il tarixdə açıq olacaqdır. Giriş sərbəstdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...