Azərbaycan idmanında ilk

15:38 07-06-2023 | icon 340 | İdman
Azərbaycan idmanında ilk

“Şuşa” klubu avrokuboklarda oynayacaq

 

Azərbaycan idmanı tarixində ilk yaşanacaq. işğaldan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq.

 

Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək.

 

“Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq.

 

Bunu apasport.az saytının əməkdaşı ilə söhbətində Şuşa təmsilçisinin təsisçi-direktoru, eyni zamanda, kapitanı İlqar İmamquliyev də təsdiqləyib. O bildirib ki, “Xarı Bülbül Şuşa” Avropa səhnəsinə həm uğurlu nəticələr, həm də Şuşanı dünyaya tanıtmaq üçün çıxacaq. Komanda uzun illər düşmən işğalı altında olan şəhəri layiqincə təmsil etmək üçün heyətini də gücləndirəcək və azarkeşlərinə sevinc bəxş etməyi planlaşdırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI