Eramızdan əvvələ “səyahət”

23:45 12-06-2023 | icon 255 | Maraqlı
Eramızdan əvvələ “səyahət”

Rusiyanın Krasnodar diyarında magistral yolun tikintisi zamanı aparılan qazıntılar zamanı eramızdan əvvəl VI-V-ci əsrlərə aid 20 mindən çox əşya və üç məzar tapılıb.

 

Bu barədə diyarın qubernatorunun müavini Roman Luzinov xəbər verib.

 

Bildirilir ki, əksəri boz-gil qablardan ibarət artefaktlar Krasnoarmeyski rayonunun Maryanskaya kəndindən Belıy Temryukski rayonunun fermasına qədər ərazidə aşkar edilib.

 

Elm adamlarının fikrincə, qədim meotların yaşadığı bu yerlərdə keramika istehsalı mərkəzi ola bilərdi. Ərazidə tapılan soba və təsərrüfat çuxurları bu ehtimalı təsdiqləyir.

 

Tapıntıların tədqiqi, sonra isə muzeylərə göndərilməsi planlaşdırılır.

 

Qeyd edilir ki, meotlar - “Meot bataqlığı” (Azov dənizi belə adlanırdı) ətrafında yaşayan qədim yunanlar olublar. Əhali bu əraziyə Taman yarımadasının yunanların müstəmləkəsinə çevrilməsindən və ticarətin inkişafından sonra köçüb. Mütəxəssislər qeyd edirlər ki, yaşayış məntəqəsi eramızdan əvvəl III əsrdə yox olub.

 

Bundan 200 il sonra, bu yerdə meotdan sonrakı mədəniyyətin qəbilələrinin birinin döyüşçüsü dəfn edilib. Məzarlıqda üzüklü qısa dəmir qılınc da olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu