XİN-dən erməni təxribatı ilə bağlı REAKSİYA

23:35 13-06-2023 | icon 236 | Siyasət
XİN-dən erməni təxribatı ilə bağlı REAKSİYA

“Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik”.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan istiqamətində törədilmiş növbəti hərbi təxribat barədə Ermənistan XİN-in bəyanatına dair şərhində deyilir.

 

Bəyanatda Ermənistan tərəfinin növbəti hərbi təxribatı qətiyyətlə pislənilir.

 

Bununla yanaşı, guya Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəf alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı qətiyyətlə rədd edilir.

 

“Azərbaycanın təxribat törətməklə Ermənistanda sərmayələrin cəlb edilməsinə mane olmaq məqsədi daşıdığı barədə iddiaya gəldikdə qeyd edək ki, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə və Azərbaycanın ərazilərini 30 ilə yaxın işğal altında saxlamaqla özünütəcrid siyasəti yürüdüb, bununla da bütün beynəlxalq layihələrdən kənar qalıb. Öhdəliklərinə zidd olaraq bölgədə iqtisadi inkişafa təkan verəcək kommunikasiya xəttlərinin açılmasına hər vəchlə mane olan tərəfin də Ermənistan olduğu hər kəsə məlumdur. Bununla əlaqədar, Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

 

Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə və yenidənqurma işlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - bəyanatda bildirilir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, cari ilin 13 iyun tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən müvafiq cavab tədbirləri görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu