Bu, erməni faşizmini dəstəkləməkdir

17:33 14-02-2019 | icon 748 | Kürsü
Bu, erməni faşizmini dəstəkləməkdir

Xocalıda törədilən dəhşətli cinayətə göz yummaq...

 


ABBAS İSMAYILOV

/Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mütəxəssisi/

 

O gecə azərbaycanlıları özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarında azərbaycanlı qanı axıtdılar, XIX əsrdə Qarabağ torpaqlarında onlara yer vermiş azərbaycanlılara qarşı insanlığa xas olmayan vəhşiliklər törətdilər. Xocalı adlı bir yurd yerini yer üzündən sildilər. Xocalı sakinləri amansızlıqla qətlə yetirildi, əsir götürüldü, şəhər oda qalandı. Çox təəssüf ki, dünya hələ də buna göz yumur...

 

Tarixin bəlkə də ən qanlı, ən qəddar, ən böyük cinayətlərindən birini yaşayan millətimiz artıq 27 ildir ki, dünya birliyinin susqunluğuna son qoyulmasını, Xocalı soyqırımına obyektiv qiymət verilməsini gözləyir. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 yerli sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi, 487 nəfərin (76-sı uşaq) yaralandığı, 1275 nəfərin əsir götürüldüyü (onlardan 150-nin taleyi hələ də məlum deyil) bu dəhşətli cinayətə və vəhşiliyə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir.

 

Təəssüflə qeyd etmək lazımdır ki, Xocalı faciəsi baş verdiyi dönəmdə ölkəmizin səbatsız rəhbərliyinin səriştəsiz siyasəti nəticəsində nəinki soyqırımı törədən erməni faşistləri qınağa tuş gəlmədi, heç faciənin miqyası, səbəbkarları barədə dövlət səviyyəsində araşdırma belə aparılmadı. Məhz Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Həmin sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.

 

O faciədə Azərbaycanın 7 Milli Qəhrəmanı vuruşaraq canlarını Vətən uğrunda qurban verib. Allahverdi Bağırovun yalnız "Hollywood" filmlərində gördüyümüz şücaəti nəticəsində 1000-dən artıq Xocalı əsirini ermənilərdən azad edilmiş, Şöhrət Həsənov son nəfəsinə qədər insanların çayı keçməsinə kömək etmiş, Çingiz Mustafayev ermənilərin törətdikləri vəhşilikləri göz yaşları içində videolentə almışdır. Bunlar Azərbaycanın necə mərd oğullar yetişdirdiyinə canlı misaldır. Bu faciənin yüz illər sonra da gələcək nəsillərin xatirəsindən silinməməsi üçün bugünkü nəsil əlindən gələni etməyə borcludur.

 

Ulu Öndərin ölkə həyatının bütün spektrlərini əhatə edən daxili və xarici siyasəti sayəsində Xocalı faciəsinin dünyaya tanıdılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, bütün beynəlxalq qurumlarda ədalətli qiymət verilməsi istiqamətində göstərilən səylər bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının tapşırığı əsasında hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Xocalı soyqırımının xarici ölkələrdə və onların parlamentlərində tanınmasıdır. Xocalı soyqırımını qətliam kimi Pakistan və Sudan, parlament səviyyəsində Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb, həmçinin ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Digər bir sıra ölkələr bu günü "Xocalı qətliamı" günü kimi anırlar.

 

2012-ci il noyabrın 20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Bu kampaniya Xocalı faciəsi barədə həqiqətləri qlobal səviyyədə dünya ictimaiyyətinə çatdırmaq üçün böyük əhəmiyyətə malikdir. Bu məqsədlə müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edilir.

 

Fevralın 26-da baş verən dəhşətlər yalnız bizim torpaqlarımızın işğal edilməsinə bir cəhd deyildi. Ermənilər, həmçinin bizim birliyimizə, ruhumuza, vətənpərvərlik hissimizə və tariximizə ləkə salmaq istəyirdilər. Onlar öz hücumları ilə bizim qəlbimizdə qorxu xofu yaratmaq, millətimizin daxildən parçalanmasına, sarsılmasına nail olmaq istəyirdilər. Lakin bunların heç biri baş tutmadı. Biz ayağa qalxdıq, biz ayaqdayıq, biz öz milli kimliyimizi, ləyaqətimizi qoruyub saxlaya bildik, biz öz həqiqətimizi dünyaya yaymaqda israrlıyıq. Biz bir millət kimi bizə aid olanı - ədalətin zəfərini və torpaqlarımızın geri qaytarılmasını tələb edirik. O günlər daim hər bir azərbaycanlının yaddaşında dəhşətli xatirələr kimi qalacaq, amma həmin gün canlarını qurban verən bacı və qardaşlarımızın ruhunu şad etmək üçün biz Azərbaycanımızın gələcəyini daha parlaq və daha firavan etməyə borcluyuq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər