“Vəkillik institutu gücləndirilməlidir”

11:23 31-10-2017 | icon 596 | Sosial
“Vəkillik institutu gücləndirilməlidir”

“Bu dəyişikliklərlə bərabər vəkillik institunun güclənməsi və saylarının dəfələrlə artırılması qısa zamanda baş verməzsə, ciddi problemlərin yaranacağı və insanların narazılığının artacağı qaçılmazdır”.

Versus.Az xəbər verir ki, bunu oktyabrın 31-də Milli Məclisdə Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.

Q.Paşayeva qeyd edib ki, Avropa Şurası ölkələri arasında da, region ölkələri arasında da ən az vəkil olan ölkələrdən biri Azərbaycandır:

“Ölkədə vəkillərin sayı 1000 nəfərdən azdır. Onların da əksəriyyəti paytaxtda fəaliyyət göstərir. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə belə çatmır. Ona görə də məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlı müzakirə olunan bu layihə millət vəkillərində bu qədər narahatlıq doğurur. Mən özüm də rayonlardan birini təmsil edirəm. Minlərlə məhkəmə işləri ilə müqayisədə vəkillərin sayı dəhşətli dərəcədə azdır. Nümayəndəlik institutu layihədə vurğulandığı kimi yanvarın 1-dən ləğv olunduqda cəmi 930-a yaxın vəkil 10 minlərlə məhkəmə prosesləri qarşısında dayana bilməz. Bunun sayını bir az artırsaq belə, çox ağır nəticələrdən qaça bilməyəcəyik”.

Millət vəkilinin fikrincə, vəkillərə onlarla müraciətlər daxil olduğu zaman onlar seçməyə başlayacaqlar, xidmət qiymətləri qalxacaq və bir çox insanlar onu ödəyə bilməyəcək, nəticədə narazılıq artacaq:

“Ona görə də əgər bu layihə qəbul olunacaqsa, yanvarın 1-nə qədər vəkillərin imtahanı, fəaliyyətə başlaması prosesini və prosedurlarını surətləndirmək, sadələşdirmək lazımdır ki, vəkillərin sayı qısa zamanda ən azı 4-5 dəfə arta bilsin”.

Q.Paşayeva hesab edir ki, gənc kadrların vəkiliyə gəlməsi üçün prosedurlar sadələşdirilməlidir. Millət vəkilinin fikrincə, bu, problemdən əsas çıxış yoludur:

“Doğrudur, nümayəndəlik institutunda dələduzluqla, fırıldaqla məşğul olaraq insanları aldadanlar, zərər vuranlar da var idi və bu, hamımızı narahat edirdi. Amma bir məsələni düzəltmək istəyəndə, başqa ciddi problemlərin yaranmaması üçün paralel olaraq vəkillik institutunun inkişafı ilə də bağlı ciddi addımlar atılmalıdır. Eyni zamada nümayəndəlik institunun ləğvi, məhdudlaşdırması ilə məhkəmə sistemində rast gəlinən bir sıra xoşagəlməz halların tamamilə aradan qalxacağını düşünmək də düz deyil. Çünki bu məsələdə problem sadəcə bir tərəfdən deyil, iki tərəfdən qaynaqlanırdı. Ona görə məhkəmələrimiz də insanlar arasında bu sistemə etibarın və inamın daha da artması üçün addımlar atmalıdır. Çalışmalıyıq ki, insanlarımızın məhkəmə sistemi vasitəsi ilə hüquqlarını qoruya bilməsi imkanları daha da genişlənsin və hər kəs üçün əlçatan olsun. Ona görə də müvafiq qurumları bu məsələlərə də diqqət ayırmağa çağırırıq”.
Arzu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı