Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı

15:00 15-02-2019 | icon 478 | Təhsil
Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı

Azərbaycanda yeni tələbə kredit sisteminin yaradılması ilə bağlı sənəd layihəsi yaxın zamanlarda hökumətə təqdim ediləcək.



Versus.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

2015-ci ildən Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondunun yaradıldığını deyən C.Bayramov əlavə edib ki, hazırda fond bir necə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərir.

 

Lakin nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil:

 

"Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır. Tələbə kreditləri digər kreditlərdən fərqli şəkildə verilməlidir. Onlar daha uzunmüddətli olmalıdırlar. Həmin sistemin qurulması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, dövlətin dəstəyi hər zaman bu sistemin üzərində olur. Bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılan işçi qrup çox sürətlə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Düşünürük ki, 2019-2020-ci tədris ilində Azərbaycanda artıq işlək tələbə kredit sistemini yaratmaq mümkün olacaq".

 

2015-ci ildən bəri tələbələrə 220-dən çox təhsil kreditinin verildiyini söyləyən C.Bayramov əlavə edib ki, bu sahədə əldə edilən təcrübə çox müsbət bir platforma rolunu oynayıb.

 

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı:

 

"Təhsil krediti alanların onu qaytaracağı böyük sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".

 

Təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən, “Maarifçi” Tələbə Kredit Fondu kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində işləyir.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür