“Məhəbbət əfsanəsi” Sankt-Peterburqda

15:04 15-02-2019 | icon 467 | Mədəniyyət
“Məhəbbət əfsanəsi” Sankt-Peterburqda

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.

 

Səhnə əsərində Fərhadın partiyasını Rusiyanın Əməkdar artisti Vladislav Lantratov, Məhmənə Banunu isə Rusiyanın Xalq Artisti Mariya Aleksandrova ifa edəcək. Digər iştirakçılar barədə əlavə məlumat veriləcək.

 

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”