Diqqət: ürəyə ziyandır!
Tez-tez istifadə olunan öskürək dərmanı "Erespal" Fransa və daha sonra Rusiyada satışdan çıxarılır.
Erespal Servye (Fransa) farmasevtik kompaniyası tərəfindən buraxılır. Yeni araşdırmalar göstərib ki, Erespalın qəbulu ürək ritminin pozulmasının (aritmiya) riskini artırır.
Versus.Az Milli.Az-a istinadla xəbər verir ki, mütəxəssislər hazırda bu dərmanı qəbul edən insanlara qəbulu dayandırmağı və onu digər preparatla əvəz etməyi tövsiyə edirlər.
Mütəxəssislər qeyd edir ki, əvvəllər bu preparatı qəbul edən insanlar narahat olmaya bilər. Preparatın ürəyə olan mənfi təsiri yalnız qəbul zamanı mümkündür.
Versus.Az
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi