“Qırmızı şeytanlar” keçmiş kapitanını satır
Hari Maquayr “Mançester Yunayted”i tərk edəcək.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, 30 yaşlı müdafiəçi digər İngiltərə Premyer Liqası klubu “Vest Hem”ə keçəcək. Tərəflər 30 milyon funt sterlinq transfer məbləğində ortaq məxrəcə gəliblər.
Maquayr 2019-cu ildə “Lester”dən “Mançester Yunayted”ə keçib. 2020-ci ilin yanvarından 2023-cü ilin iyulunadək “Qırmızı şeytanlar”ın kapitanı olan Maquayr ötən mövsüm Premyer Liqada 16 oyun keçirib.
Xəbər lenti
Görkəmli bəstəkarın doğum günüdür
Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı...