Putin gəlməsə, Ərdoğan gedəcək

17:19 12-08-2023 | icon 219 | Siyasət
Putin gəlməsə, Ərdoğan gedəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində baş tuta bilər.

 

Bu barədə Türkiyənin “A Haber” telekanalı Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı müxbirinə istinadən məlumat verib.

 

Onun sözlərinə görə, Türkiyə lideri hələ də Rusiya prezidentinin Türkiyəyə gəlişini gözləyir. Lakin Putin Türkiyəyə gəlməsə, Ərdoğanın səfəri də istisna edilmir.

 

Telekanal prezidentlərin görüşünün dəqiq tarixini açıqlamayıb, lakin bu görüşün Ankarada avqustun sonu - sentyabrın əvvəlində gözlənildiyini bildirib.

 

Danışıqların əsas mövzusunun isə “Taxıl sazişi”nin bərpası perspektivi ilə bağlı olacağı qeyd edilir.

 

Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər. Avqustun 4-də Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin mümkünlüyü barədə məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq