Partiya sədrindən maraqlı təklif

12:40 18-02-2019 | icon 588 | Siyasət
Partiya sədrindən maraqlı təklif

Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, üzv olduğu Azərbaycan Xalq Hərəkatının (AXH) fəaliyyəti, müxalifət düşərgəsindəki  vəziyyət müzakirə olunub.

 

Versus.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

İclasda çıxış edən ALDP sədri qeyd edib ki, AXH-nin fəaliyyətini genişləndirmək üçün müxtəlif təşəbbüslər üzərində iş aparılır:

 

“Bu hərəkatın ictimaiyyət tərəfindən dəstək alacağına ümid edirik. Düzdür, bəzi siyasi qüvvələr tərəfindən AXHa təzyiqlər edilir, fəaliyyətimizə maneələr yaradılır, amma bu bizim qarşımıza qoyduğumuz məqsədə çatmağımıza heç bir təsir göstərməyəcək”.

 

Fuad Əliyev partiyanın bir neçə qanunvericilik aktlarında əlavələrin və dəyişikliyin edilməsi təşəbbüsündə olduğunu da nəzərə çatdırıb: “Bildiyimiz kimi, Azərbaycan Respublikası “Tütün və tütün məmulatları haqqında“ qanunun 15.3-cü maddəsi siqaret satışı ilə bağlı qadağaları tənzimləyir. Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara, özü də ədədlə satılması qadağandır. Mən təklif edərdim ki, parlamentimiz bu sənədə dəyişiklik etsin. Məsələn, birincisi, yaş həddi 20 yaşa qaldırılmalıdır. Hamıya məlumdur ki, siqaret insanları asılılıq vəziyyətinə salır. Statistik məlumatlara görə, bir neçə ölkədə yaş həddinin galdırılması gənclər və yeniyetmələrin siqaretin alması göstəricisini iki dəfə azaldıb. Hesab edirəm ki, bu yaxşı göstəricidir. İkincisi, bu qanunun adına və maddələrinə həmçinin etil spirt, alkoqol və alkoqollu məhsulların satışına da məhdudiyyətlər tətbiq edilməlidir”.

Daha sonra ALDP sədri Seçki Məcəlləsinə əlavələrlə bağlı təklif irəli sürüb.

O, bildirib ki, seçicilərin səsvermə prosesinə cəlb edilməsi üçün istisnalar nəzərə alınaraq seçki günü Seçki məntəqələrinə gəlməyən seçicilərə cərimələrin tətbiq olunması lazımdır:

 

“Azərbaycanda vətəndaşların səsvermə hüququ azaddır, deyib üstündən keçmək də düzgün olmazdı. Konstitusiyaya görə, hər bir vətəndaşa azadlıq verilib, amma həmin azadlıqdan sui-istifadəyə yol verənlər üçün müxtəlif qanunvericilik aktlarda cəzalar nəzərdə tutulur. Artıq bəzi ölkələrdə seçicilərə cərimələr  tətbiq olunur - Belçikada 50 avro, Lüksemburgda 80 dollar. Türkiyədə 14 dollar, Avstriya, Almaniya, İtaliyada 25-70 avro təşkil edir. Elə ölkələr var ki, hətta bir aydan bir ilə qədər həbs cəzası tətbiq olunur. Hesab edirəm ki, səsvermə prosesində iştirak etməyən seçicinin 50 manat cərimə olunması kifayət edər. Cəza halları vətəndaşda bir məsuliyyət hissi yaradır, eyni zamanda seçki şəffaflığını qoruyur. Düzdür, bu təklif başqa aspektlərdən də müzakirə olunacaq və bunun reallıqla uzlaşmadığı, insanların seçim azadlığının pozulması kimi qiymətləndirənlər də olacaq. Amma reallıq odur ki, seçki prosesində seçicilərin əksəriyyəti səsvermədə iştirak etmirlər, bu prosesə laqeyd, əhəmiyyətsiz yanaşırlar. Qadağa olunan müəyyən yerlərdə siqaret çəkən, küçəni zibilləyən vətəndaşa cərimə cəzası tətbiq olunursa, taleyüklü referendum, prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməyən vətəndaşa cərimə niyə tətbiq olunmasın?  Bu cəza həmçinin seçicinin “Onsuz da hər şey həll olunub” fikrinin də qarşısını alabiləcək bir metod ola bilər”.

 

Müzakirələrdən sonra ALDP sədri Fuad Əliyevin təklifləri qəbul olunub və Milli Məclisə təkliflərin hazırlanması partiyanın hüquq şöbəsinə tapşırıq verilib.

 

Versus.Az

                                                

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları