“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

13:14 18-02-2019 | icon 556 | Siyasət
“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

 

Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərində olan, ərazisində yarım milyona qədər köklü azərbaycanlının yaşadığı Gürcüstanda erməni terrorçusuna abidə qoyulması sözsüz ki, yolverilməzdir, mövcud münasibətlərə mənfi təsir göstərən haldır.

 

Bunu Versus.Az-a son vaxtlar  qonşu dövlətlərdə Azərbayacanla bağlı yaranan qalmaqallar, o cümlədən Gürcüstanda terrorçuya qoyulan abidə ilə bağlı keçirilən etiraz aksiyalarının mövcud prosesə təsrləri ilə bağlı açıqlamasında bildirib.

“Belə görünür ki, separatizmdən əziyyət çəkən Gürcüstan hakimiyyəti erməni terrorçusuna abidə qoyulmasında qeyri-adi heç nə görmür. Əks halda, buna imkan verməzdi. Digər tərəfdən, bildiyiniz kimi, Tiflis meriyası azərbaycanlıların fevralın 5-nə təyin etdikləri aksiyaya icazə verməmişdi. Yalnız təkrar müraciət və təkidlərdən sonra aksiyaya icazə verildi. Eyni zamanda, Gürcüstan hakimiyyəti də Azərbaycanın rəsmən bildirilmiş etirazına, narahatlğını konkret münasibət bildirməyib – deyə, siyasi ekspert bu prosesdə xüsusi maraqların ciddi şəkildə öndə dayandığını vurğulayıb.

Siyasi ekspert gürcü ictimaiyyətinin bu məsələdə azərbaycanlılarla həmrəylik nümayiş etdirmələrini əlamətdar hal kimi önə çəkib.  Onun sözlərinə görə, Tiflisdə parlament binasının qarşısında baş tutan aksiyada gürcülərin də iştirakı bu fikirləri təsdiq edir.

“Azərbaycanlıların ardıcıl fəaliyyətləri əlbəttə ki, təsirsiz qalmayacaq. Soydaşlarımız terrorçu Avaqyanın büstünün sökülməsinə nail olmaq üçün sona qədər çalışmalıdırlar. Həmçinin Qarabağ savaşında şəhid olan Borçalı soydaşlarımızın da xatirəsinə abidələr ucaltmalıdırlar. Azərbaycanlıların bu dalğada başlayan fəallıqları soydaşlarımızı Gürcüstanda yenidən ciddi amilə çevirə bilər.

 

“Həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Qarabağ mitinqi keçirilə bilər”

 

Ə.Məhərrəmli Qarabağla bağlı mitinqlərin daha çox Gürcüstanda inkişaf etməsi və oradan yeni bir dalğanın yarana biləcəyi ilə bağlı fikirləri istisna edib.

“Gürcüstan başqa bir dövlətdir və azərbaycanlıların orada keçirdikləri aksiyaların konkret predmeti var – “terrorçuya qoyulan abidə sökülməlidir”. Gürcüstanda Qarabağın erməni işğalından azad olunması tələbi ilə aksiyalar keçirmək olar. Lakin bu aksiyalar nə qədər davamlı ola bilər? Həm də,  Bakıda Qarabağ mitinqlərinin məqsədə uyğun olmadığı bildirilirsə, Gürcüstanda bu məsələyə necə yanaşarlar? Bununla belə, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Qarabağ mitinqi keçirilə bilər”.

 

“Söyün Sadıqovun reputasiyası belə söyləməyə əsas yaradır ki, onun bu xəbərdarlığı Kreml mətbəxlərində hazırlanıb

Ekspert  rusiyalı milyonçu Söyün Sadıqovun  - “gürcülər heykəli götürməsə, azərbaycanlıları özlərinə muxtariyyat tələb etmələri üçün ayağa qaldıracaq”,  fikrinə toxunaraq bu məsələ ilə bağlı maraqlı nüansları önə çəkib.

“ Söyün Sadıqovun həbs olunması haqda xəbərlər yayılıb. Onun həmin bəyanatından xəbərdaram. Onu da qeyd edim ki, Sadıqovun bu xəbərdarlığı əslən Borçalıdan olan ziyalılarımızın çoxu tərəfindən müsbət qarşılanmayıb. Bəli, Sadıqovun reputasiyası belə söyləməyə əsas yaradır ki, onun bu xəbərdarlığı Kreml mətbəxlərində hazırlanıb. Ona görə də, bunu Rusiya hakimiyyətinin Gürcüstana yönələn növbəti təzyiq üsulu saymaq olar”.

Siyasi ekspert hesab edir ki, S.Sadıqov Rusiya vətəndaşıdır və verdiyi bəyanatların da məsuliyyətini Azərbaycan dövləti yox, onun özü daşıyır. O baxımdan, bu məsələdə Qərbin Azərbaycana  mümkün təsirindən danışmaq absurddur.

Ekspert eyni zamanda ölkə daxilində Qarabağla bağlı silsilə mitinqlər keçirilərsə belə, dünya ictimaiyyətinin bundan hansısa dərsi götürəcəyini düşünmür.  

“Dünya ictimaiyyəti çox ümumi bir anlayışdır və ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz. Qarabağ münaqişəsinin ədalətli həllinə imkan verməyən böyük dövlətlər, konkret olaraq, ATƏT-in Minsk qrupunun həmsdərləri olan ABŞ, Rusiya və Fransadır. Bu ölkələr  münaqişə ilə bağlı bütün detallardan incəliyinə qədər xəbərdardırlar, Azərbaycanın mövqeyinin haqlı olduğunu bilirlər. Ancaq öz maraqlarını təmin etmək üçün münaqişənin həllinə təkan vermək istəmirlər. Məsələ bu qədər sadədir”.

 

Versus.Az

Ləman

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər