Bakıda ağacları gözləyən təhlükə

14:25 18-02-2019 | icon 446 | Sosial
Bakıda ağacları gözləyən təhlükə
 
 

 

Bakının Nəsimi rayonu, 20 yanvar küçəsi, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında növbəti "ağac soyqırımı"na hazırlıq işləri görülür.

Versus.Az demokrat.az-a istinadən xəbər verir ki, ərazidə bina tikən tikinti şirkəti sakinlərin etirazı nəticəsində ağacların kəsilməsi prosesini müvəqqəti dayandırsa da, ancaq ağaclar hasara alınıb.

Hazırda hasara alınan ərazidə ağacların dibində beton işləri görülür. Tikinti işləri aparan MTK ərazidə vurduğu elan lövhəsini yığışdırıb.

Sakinlər deyir ki, günlərin bir günü hasara alınan ağaclar ya qəfil yoxa çıxarılacaq, yaxud da quruyacaq.

"Bu məqəsdlə də ağaclar hasara alınıb. istəyirlər ki, hasarın içərisində ağaclara qarşı hansı işlərin görülməsini insanlar bilməsin", - deyə sakinlər qeyd edir.

Sakinlər təəssüflə bildirir ki, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Nəsiçi rayon İcra Hakimiyyəti ərazidəki yaşıllığın məhv edilməsinə qarşı tədbir görmürlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”