Sinif jurnallarının yazılma qaydası 

14:40 18-02-2019 | icon 650 | Təhsil
Sinif jurnallarının yazılma qaydası 

 

 

 

Versus.Az AzEdu.az-a istinadən sinif jurnallarının yazılma qaydası ilə bağlı məlumatı nəzərinizə çatdırır:

 

Sinif jurnalları dövlət sənədidir və onun yazılması müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü: I-IV siniflər və V-XI siniflər üçün olmaqla müəyyən edilir.  Məktəbin direktoru və onun təlim-tərbiyə işləri üzrə müavini sinif jurnallarınınsaxlanmasını  təmin  edir  və  onunaparılmasının  üzərində  müntəzəm nəzarəti həyata keçirir.

 

Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Direktorun təlim-təbiyə işləri üzrə müavini tədris planında hər bir fənnə ayrılan saatların miqdarına uyğun olaraq,  şagirdlərin il ərzində müvəffəqiyyət və davamiyyətinin cari uçotu üçün jurnalda ayrılan səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir. Göstəriş aşağıdakı kimi ola bilər: həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 səhifə, 6 saat üçün 9 səhifə.

 

Sinif jurnallarında nə qeyd edilməlidir?

 

Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jurnalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. Jurnalın cari səhifəsində dərsdə öyrədilən mövzunu və ev tapşırığını, sol tərəfdə dərsin tarixini yazır, gəlməyənləri isə "q” hərfi ilə qeyd edir.

 

İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur. Yazı işlərinin qiyməti həmin işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılan praktik və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama yazı işlərinin, habelə təkrar dərs mövzuları və onlara sərf olunan saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.

 

Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarımildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymət sinif rəhbəri tərəfindən "şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” səhifəsinə köçürülür.

 

"Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsini təlim-tərbiyə işləri üzrə direktor müavini ilə məktəbin direktoru doldurur. Sinif jurnalları şagirdlər məzun olduqdan sonra 5 il müddətinə saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat cədvəli çıxarılır. Bu sənəd daimi saxlanılması üçün arxivə verilir.

 

Məktəb sənədlərinin mətnində buraxılmış səhvlər necə düzəldilməlidir?

Səhv söz və ya rəqəmin üstündən xətt çəkmək mümkündür. Lakin xətt, elə çəkilməlidir ki, əvvəlki qeydi oxumaq mümkün olsun. Səhv variantın yanında isə düzgünü variant yazılmalıdır. Bütün düzəlişlər izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalanmalı və məktəbin möhürü ilə təsdiq edilməlidir. Sənədlərdə olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi üçün sənədə imza atan vəzifəli şəxs məsuliyyət daşıyır.

 

Qeyd edək ki, jurnallar bir dərs ili üçün nəzərdə tutulur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı