Deputata Xüsusi diplom və Təşəkkürnamə təqdim edildi

15:22 18-02-2019 | icon 1231 | Cəmiyyət
Deputata Xüsusi diplom və Təşəkkürnamə təqdim edildi

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir qrup üzvü və "İnkişaf"TV-nin təsisçisi fevralın 15-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayevlə görüşüb.

 

Versus.Az xəbər verir ki, görüşdə dünyada və ölkədə gedən müəyyən məsələlər müzakirə edilib.

Rövşən müəllim rəhbərlik etdiyi Komitənin fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün geniş tədbirlər həyata keçirilir.

 

Deputat Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər haqqında da məlumat verib. Qeyd edib ki, Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi haqqında Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonu ərazisində ucaldılan “Ana harayı” abidəsi ziyarət olunacaq. Rövşən Rzayev, eyni zamanda, fevralın 23-də Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə də görüşəcəyi haqda məlumat verib.


“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, "Ana harayı” qəzetinin baş redaktoru, "Tərəqqi” medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu görüş iştirakçıları adından cənab R.Rzayevə öz təşəkkürünü bildirib.

 

Ş.Sabiroğlu qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Qarabağ faciəsi və Xocalı soyqrımının tanınması üçün maraqlı tədbir və layihələr həyata keçirir.


“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı şəhər 2 saylı tam orta məktəbin direktor əvəzi, şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı xanım Fiqurə Rüstəmova, Birliyin Qadınlar Şurasının sədri xanım Ayna Allahyarqızı, Birliyin Nəzarət-Təftiş komissiyasının sədri, Qarabağ qazisi Zahid Qarayev, Birlik sədrinin müavini, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı xanım Ceyran Əzizova, II dərəcəli müharibə əlili Hüseynağa Quliyev bu Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat veriblər.


Birliyin sədri Şamil Sabiroğlu Xüsusi diplom və Təşəkkürnaməni cənab Rövşən Rzayevə təqdim edib.

Deputat Rövşən Rzayev “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi ilə rəhbərlik etdiyi Komitə arasında əlaqələrin daha da inkişaf etməsi üçün aidiyyəti üzrə tapşırıq verdi.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür