“Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır"

14:32 19-02-2019 | icon 388 | Siyasət
“Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır"

"Bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışırlar".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə parlamentin bu gün keçirilən plenar iclasında deyib. Millət vəkili müxalifyönlü insanların aktivləşdiyini bildirib:

 

“Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan da ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı gedən yazıları araşdırsaq, görərik ki, bunun arxasında “leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olub”.

 

Ç.Qənizadə həmçinin bildirib ki, islahatların tərkib hissəsi olaraq banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə diqqət etmək lazımdır, faiz dərəcələri aşağı salınmalıdır:

“Bu faizlərlə kredit götürən şəxs sonra çətinliklə üzləşir, kreditlərin qaytarılmasında problemlər yaranır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı