Azərbaycan-Rusiya münasibətərinə ciddi zərbə...

18:46 30-08-2023 | icon 176 | Siyasət
Azərbaycan-Rusiya münasibətərinə ciddi zərbə...

 

 

 

““Talış -Muğan Respublikası” təxribatının Rusiyada yenidən canlandırılması Azərbaycana kobud təzyiq məqsədi daşıyır. Hesab edirəm ki, bu Yekaterinburq hakimiyyətinin özbaşınalığı deyil, bütovlükdə Rusiya hakimiyyətinin Azərbaycana münasibətdə siyasətinin regional təzahürüdür”.

 

 

Bunu Versus.az-a  BDU-nun baş müəlllimi, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

 

 Q.Əlibəyli postsovet ölkələrdə etnik seperatizmin Rusiya hakimiyyəti tərəfindən qızışdırıldığının heç kimə sirr olmadığını önə çəkib.

 

“Azərbaycanda ləzgi və talış seperatizmi də Rusiya tərəfdən qızışdırılıb və dəstəklənib. Bu gün də Rusiya Xankəndində erməni separatizmini bütün vasitələrlə, o cümlədən hərbi yolla daha da qızışdırır və onlarından istifadə edərək regionda hərbi iştirakını saxlamaq və daha da genişləndirmək istəyir.

Yekaterinburqda qondarma “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunan “tədbir”də Rusiyanın hakim partiyasının təmsilçisi olan şəhər dumasının sədrinin qonaq qismində iştirakı bir növ Azərbaycan hakimiyyətinə mesaj kimi qiymətləndirilməlidir. Yəni Rusiya istəsə təkcə erməni seperatizmini müdafiə etməklə kifayətlənməz, Azərbaycanda yeni-yeni seperatizm ocaqlarını da alovlandıra bilər”.

 

 

Q.Əlibəyli hesab edir ki, separatçılığı təşviq edən bu cür addımlar Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik münasibətlərinə ciddi zərər vurur. O, eyni zamanda belə hərəkətlərin Azərbaycanda etnik seperatizmin yenidən dirçəldilməsinə səbəb olacağını güman etmədiyini deyib.

 

“44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs erməni seperatizminə qarşıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması üçün canından keçməyə hazırdır”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu