“Qafqaz üçlüyü”-nə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır”

15:23 19-02-2019 | icon 383 | Cəmiyyət
“Qafqaz üçlüyü”-nə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır”

 

“Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir”.

 

Versus.Az “Turan”a istinadla xəbər verir ki, bu sözləri tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov müsahibəsində bildirib.

 
 
Ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında Rüstəm bəy deyib ki, o, öz müraciətlərində vətəndaş mövqeyini dəyişmədiyini, ancaq buna görə başqalarının əziyyət çəkməməli olduğunu deyib.
 
 
“İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”, – R.İbrahimbəyov sual edib.
 
 
İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır.
 
 
“Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başlaqları əziyyət çəkməlidir? “Qafqaz üçlüyü” filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır”, – dramaturq vurğulayıb.
 
Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl”, – o əlavə edib.
 
Bakıda olduğu qısa müddətdə Rüstəm bəy həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib:
“Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evi ilə bağlı, bərpa etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var”.
 
 
“Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?” sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək: “Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir. Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?”.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı