Zəncəfil və sarıkökün bilinməyən zərərləri

18:00 19-02-2019 | icon 510 | Sağlamlıq
Zəncəfil və sarıkökün bilinməyən zərərləri

 

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar.

 

Versus.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib. Türkiyəli professor Əhməd Ərnaz qədərindən artıq qəbul edildikdə onların səhhətdə müəyyən fəsadlar yarada biləcəyini söyləyib.

 

Həkim Əhməd Ərnazın sözlərinə görə, dərmandan asılı olan xəstələr sarıkökü qədərindən artıq qəbul etdikdə bu zaman qan təzyiqinin kifayət qədər aşağı düşməsi müşahidə edilə bilər. Bundan başqa, zəncəfil və sarıkökün şəkər xəstələri üçün də müəyyən risk yarada biləcəyi bildirilib.

 

"Zəncəfil və sarıkök qanda sululuğu artırdığı üçün qanamanın kəsilməsinə mane olur. Buna görə xüsusən də əməliyyatdan bir həftə öncə zəncəfil və sarıkökdən imtina etmək lazımdır" - deyə həkim əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin