Bu da həsrətlə gözlənilən qar 

18:11 19-02-2019 | icon 456 | Sosial
Bu da həsrətlə gözlənilən qar 

 

 

Versus.Az ARB kanalına istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.

 

Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

 

Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.

 

Sürücü: "Qar yağmağa davam edir, yolda qalmışıq. Yol polisi əməkdaşları sağ olsunlar köməklik etdilər maşını yoldan kənara çıxardıq".

Sürücü: "Yay təkəri ilə gəlmişik. Qaldıq yolda. Havadan xəbərsiz idik".

 

Sürücü: "Qəbələdən bu yana 5 saatdır ki, yoldayam, buraya qədər gəlib çıxa bilmişik".

Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax, eləcə də Muğanlı-İsmayıllı, İsmayıllı-Oğuz-Qəbələ-Şəki magistrallarının axşam saatlarında şaxta səbəbindən buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə vacib olmadıqca yola çıxmamalarını tövsiyyə edir.

Ağasəlim Nağıyev - Tağım komandiri: "Təmizləyirik, qar da yağmağa davam edir. Sürücülərə tövsiyyəmiz odur ki, diqqətli olsunlar. Nasaz maşınlarla yola çıxmasınlar".

Hazırda ərazidə qarın yağması davam edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI