Qüdrət Həsənquliyevdən təklif

 

18:22 19-02-2019 | icon 465 | Təhsil
Qüdrət Həsənquliyevdən təklif
 

 

 “Dövlət bütün orta ümumtəhsil məktəbləri üçün ödənişsiz tibbi xidməti təşkil etsin”

 

Versus.Az AzEdu.az-a istinaən  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Ümumi təhsil haqqında” Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

 

O, eyni zamanda,  bildirib ki, qanunda öz əksini tapan müddəalardan biri də olimpiada qaliblərinin müsabiqədən kənar ali məktəblərə qəbul olunmasıdır:

 

“Hesab edirəm ki, bu çox düzgün bir addımdır. Son zamanlar Təhsil Nazirliyi tərəfindən təhsilin stimullaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu müddəanın qanun layihəsinə daxil olmasını alqışlayıram.”

 

Deputat həmçinin, müəllimlərin vəzifə maaşı məsələsinə də toxunub:

“Mən əvvəlki iclaslarda da bu məsələyə toxunmuşam ki, biz müəllimlərin maaşının aşağı həddini qanunvericilik qaydada göstərə bilərik. Digər sahələrdə çalışanların əmək haqqılarını qanunla müəyyən etdiyimiz kimi,  müəllimlərə də bunu şamil edə bilərik.

Bildiyimiz kimi ölkəmizdə repetitor fəaliyyəti geniş yayılıb. Bunun qarşısını almaq üçün ilk növbədə müəllimlərin maaşları qaldırılmalıdır. Hesab edirəm ki, müəllimlərin maaşı orta aylıq əmək haqqında az olmamalıdır. Düşünürəm ki, bunu da qanunvericiliyə daxil edə bilərik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür